Messini həbs edəcəklər

11:12 21-06-2013
Messini həbs edəcəklər
SM: Vergidən yayındığı üçün haqqında cinayət işi açılan "Barselona"nın futbolçusu Lionel Messi və atası Orasio Xorxu məhkəmə qarşısına çıxacaq. Barselona məhkəməsi hücumçu barədə açılan cinayət işini qəbul edib. İlk məhkəmənin isə sentyabrın 17-də keçiriləcəyi açıqlanıb. Messi və atası 2007, 2008 və 2009-cu illərdə dövlətə təxminən 4 milyon avro dəyərində vergi ödəməkdən boyun qaçırdıqları üçün günahlandırılır. İspaniya qanunlarına görə, Messinin günahı sübuta yetirilərsə, o, 6 il azadlıqdan məhrum ola bilər. 

.
.
.
0.48356413841248