"Neftçi" rəqibini iş başında öyrəndi

13:53 26-06-2013
"Neftçi" rəqibini iş başında öyrəndi
SM: Çempionlar Liqasının II təsnifat mərhələsində “Neftçi”nin rəqibi olacaq “Skenderbu” ötən gün Avstriyada növbəti yoxlama oyununu keçirib. Albaniya təmsilçisi Rusiyanın “Volqa” klubu ilə qarşılaşıb və 2:0 hesabı ilə məğlub olub. Oyunu “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov və komandanın məşqçisi Kamal Quliyev canlı izləyib və müvafiq qeydlər aparıblar. "Neftçi"nin özü də "Volqa" ilə yoxlama görüşü keçirəcək. Qarşılaşma iyunun 28-də oynanılacaq. 

.
.
.
0.48904895782471