"Simurq" hazırlıqlara davam edir (FOTOLAR)

11:45 06-07-2013
"Simurq" hazırlıqlara davam edir (FOTOLAR)
SM: 2013-2014-cü il mövsümünə hazırlığın ikinci mərhələsi üçün Kartepedə təlim-məşq toplanışında olan "Simurq" bu gün də iki məşqə çıxıb.
 
Sportmedia.az klubun rəsmi saytına istinadən xəbər verir ki, səhər hazırlığı xüsusən, fiziki gücün artırılmasından ibarət çalışmalar üzərində qurulub. Fiziki hazırlıq üzrə məşqçi Aleksandr Karakliçin rəhbərliyi altında məşq edən "sarı-qaralar" sonda isə taktiki tapşırıqları yerinə yetirib. Axşam məşqində isə taktiki və texniki çalışmalar keçirilib. İsinmə hərəkətlərindən sonra futbolçular qısa və uzun məsafəli ötürmələrdən sonra iki qrupa bölünərək "kvadrat" oynayıb. Daha sonra isə mövqelərinə görə ayrılaraq məşqçilər korpusunun müxtəlif texniki tapşırıqları yerinə yetirib.  
 
Hazırda "Simurq"un düşərgəsində baxış üçün dəvət edilmiş dörd futbolçu var. Sabahdan isə daha iki futbolçu komandaya qoşulacaq. Onlar haqqında son qərar isə məşqçilər korpusu tərəfindən sonuncu yoxlama görüşündən sonra veriləcək. 
 
Qeyd edək ki, Zaqatala təmsilçisi Kartepedə üçüncü yoldaşlıq matçını Liviyanın "Əl-Nəsr" klubu ilə keçirəcək. Bundan sonra "Simurq" təlim-məşq toplanışının ikinci mərhələsinidə başa vuracaq və ölkəyə qayıdacaq.  
 
 
   

.
.
.
0.72987699508667