Futbolçularımızın komandasını sanksiya gözləyir

13:34 27-07-2013
Futbolçularımızın komandasını sanksiya gözləyir
SM: Azərbaycanlı futbolçular Arif İsayev və Saşa Yunisoğlunun şərəfini qoruduğu Türkiyənin birinci liqa təmsilçisi "Dənizlispor" klubu ağır cəzalandırıla bilər.

Sportmedia.az xəbər verir ki, əvvəlki vaxtlarda forma geymiş legioner futbolçulara təxminin 2 milyon 450 min avro borcu olan komanda bu məbləği ödəməyəcəyi təqdirdə kluba transfer qadağası qoyula, xalı silinə və hətta aşağıya liqalara düşürülə bilər.

Bu barədə danışan klub prezidenti Süleyman Urkay bildirib ki, maaşlarını ala biləməyən sözügedən futbolçular FİFA və Beynəlxalq Arbitraj məkhəməsinə müraciət etdikləri üçün ödəniləcək məbləğ 8-10 dəfə daha da artıb: "Bu rəqəmlər bizim ödəyə biləcəyimiz məbləğlər deyil. Branimir Bajiçin 72 min avrodan 196 minə qaldırdığı məbləği avqustun 12-ə qədər ödəyə bilməsək, FİFA sanksiya tətbiq edəcək. Legionerlərlə yanaşı, yerli oyunçulara, baş məşqçilərə də 5 milyon türk lirəsinə yaxın borcumuz var. Hər kəsi "Dənizlispor"a dəstək olmağa çağırırıq" - deyə Urkay bildirib.

Qeyd edək ki, “Dənizlispor” keçmiş futbolçuları Emil Angelova 76 min, Martin Horaka 442 min, Branimir Bajiçə 196 min, Valmir Ribeyroya 500 min, David Sillaya 466 min, Uesli Qonçalvesə 418 min ( 200 min avro ödənilib), İbrahim Banquraya 220 min və Erik Odhiamboya isə 221 min avro məbləğində pul ödəməlidir.

.
.
.
0.55652189254761