Millimizin Belarusla oyunu ləğv edildi

12:52 26-04-2012
		Millimizin Belarusla oyunu ləğv edildi
SM: Futbol üzrə milli komandamızın baş məşqçisi Berti Foqts dünən İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda olub. Sportmedia.az xəbər verir ki, "Neftçi"ylə "İnter" arasında ölkə kubokunun yarımfinal mərhələsinin cavab matçını izləyən alman çalışdırıcı qarşılaşmadan sonra maraqlı açıqlama verib.

İzlədiyi oyundan deyil, əsasən milli komandadan danışan Foqts Belarus yığması ilə yoxlama oyununun ləğv edildiyini bildirib: "Mayın 23-də yığma Yaponiya ilə görüşəcək, 30-da Almaniyada Andorra ilə qarşılaşacağıq. Daha bir oyunu iyunun 5-də Minskdə Belarus millisiylə planlaşdırmışdıq. Ancaq son anda axırıncı matçdan imtina etdik. Çünki Dubay toplanışı sübut etdi ki, bizim futbolçular ardıcıl 3 oyun keçirməyə fiziki cəhətdən hazır deyil. Əgər biz Dubayda o cür komandalarla oyunda zəif nəticə göstərmişiksə, onda təsəvvür edə bilərsiz ki, iyunda necə vəziyyətə düşərdik. Bütün bunları nəzərə alaraq Minskdəki matçdan son anda imtina etdik". 

.
.
.
0.87071585655212