"Mənim öz komandam var"

13:01 21-12-2013
"Mənim öz komandam var"
SM: “Kurban Berdıyev “Rubin”də möhtəşəm iş görüb”. Sportmedia.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Yuri Syomin deyib.

Rusiyalı mütəxəssis “Rubin” klubuna baş məşqçi dəvət olunacağı ilə bağlı xəbərlərə münasibət bildirib. Topaz Premyer Liqasının XVIII turunun “Bakı” ilə görüş (2:0) günündə şimallı həmkarlarımıza qısa şərh verib: “Belə miqyaslı işə görə baş məşqçiyə minnətdarlıq etmək lazımdır. Mənimlə “Rubin”ə gəlincə isə buna heç bir şərhim yoxdur. Mənim öz komandam var. Üstəlik indi oyunumuzdur”.

Qeyd edək ki, Azərbaycan milli komandasının futbolçusu Ruslan Abışov da “Rubin”də çıxış edir. 

.
.
.
0.30259585380554