Rekord Lənkəranda təkrarlandı 

16:56 21-12-2013
 Rekord Lənkəranda təkrarlandı 
Topaz Premyer Liqasının 18-ci turunun “Xəzər Lənkəran” – “Sumqayıt” oyununda 7 qol vurulub. Lənkəranda keçirilən qarşılaşmada meydan sahiblərinin 4:3 hesabı ilə qalib gəlməsi ilə mövsümün rekordu təkrarlanıb. Belə ki, bir matçda 7 qolun vurulması 2013/14 mövsümü üçün ən yüksək göstəricidir. Bunadək yalnız 1 dəfə azarkeşlər oyun ərzində 7 qol görmüşdü. Noyabrın 3-də baş tutan “Qarabağ” – “Qəbələ” görüşündə meydan sahibləri eyni – 4:3 hesabı ilə qalib gəlmişdi.

Ümumilikdə isə 18-ci turda 17 qol vurulub. Bu isə mövsümün 2-ci göstəricisidir. Yalnız 12-ci turda daha çox – 22 qol vurulmuşdu.

.
.
.