Mustafa Dənizli "Qalatasaray" haqda danışdı

14:34 24-12-2013
Mustafa Dənizli "Qalatasaray" haqda danışdı
“Qalatasaray” mövsümə yaxşı başlamadı, Mançinin gəlişi ilə də çox dəyişmədi. Rahat qalib gələ bilmir”. Bu sözləri “Xəzər Lənkəran” klubunun baş məşqçisi Mustafa Dənizli deyib.

Topaz Premyer Liqasındakı qış fasiləsi ilə əlaqədar vətəninə dönən türkiyəli çalışdırıcı dünən “LİG TV”də qonaq olduğu proqramda “Qalatsaray”ın cari mövsümdəki çıxışını dəyərləndirib. Dənizli bildirib ki, İstanbul təmsilçisi həm komanda, həm də fərd olaraq, potenisalından aşağı çıxış edir. Ancaq komandanı daha yaxşı analiz etmək üçün ikinci dövrəni gözləmək lazımdır. Ciddi bir böhran yaşadılar. Bunu da unutmamalıyıq. “Qalatasaray” cinah keçidləri ilə nəticə qazanmağa çalışan komanda deyil. Bunu ən yaxşı edəcək adam Rieradır, amma onunda performansında eniş var”.

Qeyd edək ki, Musafa Dənizli 1987-89 və 1990-92-ci illərdə “Qalatasaray”ın baş məşqçisi olub.
 

.
.
.
0.46759510040283