Aşağı yaş qrupları və həvəskarların da cəzaları bəlli oldu 

15:33 24-12-2013
	Aşağı yaş qrupları və həvəskarların da cəzaları bəlli oldu 
Bu gün İntizam Komitəsinin qərarları açıqlanıb : 

18 dekabr 2013-cü il U-19 Liqasının “Neftçi” – “Xəzər Lənkəran” matçının 81-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun 17 №-li futbolçusu Zaur Nuruzadə aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 38.3).
Oyunun 83-cü dəqiqəsində “Neftçi” klubunun 28 №-li futbolçusu Etibar Süleymanov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 38.3).

16 dekabr 2013-cü il U-17 Liqasının “Qarabağ” - “Turan-T” matçında “Turan-T” klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

23 dekabr 2013-cü il U-17 Liqasının “Turan-T” - AZAL matçında AZAL klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

17 dekabr 2013-cü il U-15 Liqasının “MKT Araz” – AZAL matçının 46-cı dəqiqəsində AZAL klubunun 15 №-li futbolçusu İslam Bağırzadə hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 42.3).

17 dekabr 2013-cü il U-15 Liqasının “İnter” – “Qarabağ” matçının 62-ci dəqiqəsində “Qarabağ” klubunun baş məşqçisi Elvin Həsənov texniki-zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır (maddə 62).

17 dekabr 2013-cü il U-15 Liqasının “Vətən” – “Turan-T” matçının 67-ci dəqiqəsində “Turan-T” klubunun 11 №-li futbolçusu Musa Zeynalov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır(maddə 48).

10 dekabr 2013-cü il U-15 Liqasının “Xəzər Lənkəran” – “Neft Qaz” matçında “Neft Qaz” klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

17 dekabr 2013-cü il U-15 Liqasının “Şirvan” – “Neftçi” matçının 70-ci dəqiqəsində 
“Şirvan” klubunun 13 №-li futbolçusu Orxan Rəhimli hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 42.3).

15 dekabr 2013-cü il U-14 Liqasının “Vətən” – “Neftçi” matçının 19-cu dəqiqəsində “Vətən” klubunun 4 №-li futbolçusu İsrafil Qasımov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

15 dekabr 2013-cü il U-14 Liqasının AZAL – “Neftçi”İSM matçının 41-ci dəqiqəsində “Neftçi”İSM klubunun 19 №-li futbolçusu Fariz Qasımov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

Oyunun 44-cü dəqiqəsində AZAL klubunun 8 №-li futbolçusu Xəzər Qüdrətli sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

15 dekabr 2013-cü il Atena U-12 Liqasının “İnter” -  “Todo” matçında “Todo” klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

22 dekabr 2013-cü il Həvəskarlar arasında Azərbaycan birinciliyinin İOEUGİM (Sumqayıt) – “Göyqurşağı” klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

21 dekabr 2013-cü il Həvəskarlar arasında Azərbaycan birinciliyinin “Gənclərbirliyi Azinlife” – “Gənclərbirliyi” matçının 60-cı dəqiqəsində “Gənclərbirliyi Azinlife” klubunun 6 №-li futbolçusu Elməddin Soltanzadə kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır (maddə 37.1).

15 dekabr 2013-cü il Futzal üzrə Azərbaycan birinciliyinin “Khazar İslands” – “Neftçi-2” matçının 21-ci dəqiqəsində “Khazar İslands” klubunun 14 №-li futbolçusu Vüsal Nəsirov rəqibi təhqir etdiyinı görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır (maddə 42.1).

22 dekabr 2013-cü il Futzal üzrə Azərbaycan birinciliyinin “Xudəfərin” – “Çingiz” matçının 48-ci dəqiqəsində “Xudafərin” klubunun 5 №-li futbolçusu Erkin Məmmədov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

22 dekabr 2013-cü il Futzal üzrə Azərbaycan birinciliyinin “Akkord” – “Baku Fire” matçının 46-cı dəqiqəsində “Akkord” klubunun baş məşqçisi Elnur Qəmbərov hakimlərə fiziki təsir göstərdiyinə görə 20 oyunluq cəzalanır (maddə 38.8).

Oyun bitdikdən sonra “Akkord” klubunun 4 №-li futbolçusu Abuzər İbrahimov hakimlərə fiziki təsir göstərdiyinə görə futbolçu 10 oyunluq cəzalanır (maddə 38.6).

23 dekabr 2013-cü il Həvəskarlar arasında futzal üzrə Azərbaycan birinciliyinin “Zirvə” – “Sədərək” matçı başa çatdıqdan sonra “Sədərək” klubunun 4 №-li futbolçusu Elxan Abbasov hakimləri təhqir etdiyinə görə 4 oyunluq cəzalanır (maddə 42.3).

.
.
.
0.39278197288513