"Xəzər-Lənkəran"ın əvəzediciləri yarım ildə

16:19 24-12-2013
"Xəzər-Lənkəran"ın əvəzediciləri yarım ildə
SM: Ötən həftə "Sumqayıt" üzərində 4:0 hesablı qələbə ilə təqvim ilinə yekun vuran "Xəzər Lənkəran" əvəzediciləri qış fasiləsinə 4-cü pillədə yollanırlar. 18 turdan sonra bir neçə statistik məqamı diqqətinizə çatdırırıq.
 
"Xəzər Lənkəran" məhsuldarlığa görə əvəzedicilər çempionatında ikincidir - 37 qol.
 
Gənc futbolçular 9 ev oyununda 5 qələbə qazanıb, 2 dəfə heç-heçə edib və 2 dəfə məğlub olub. Lənkəranda keçirilən oyunlarda top nisbəti - 20:8.
 
Elbrus Məmmədovun yetirmələri səfərdə 4 qələbə qazanıb, 4 dəfə məğlub olub və bir oyunda heç-heçə edib. Səfərdə top nisbəti - 17:17.
 
18 tur ərzində ən böyük hesablı qələbəni əvəzedicilər 4-cü turda evdə "Neftçi" üzərində qazanıb - 6:1. Digər böyükhesablı qələbələr: "Bakı" (səfər), 4:1; "Sumqayıt" (ev) 4:0.
 
Mövsümün ilk yarısında komandanın ən məhsuldar oyunçusu Fikrət Ulduzludur. Forvardın aktivində 5 qol var. Kazım Kazımlı və Elnur Cəfərov hərəyə 4 qol vurublar, Bəhruz Teymurov, Anar Babazadə və kapitan Elvin Mirzəyev isə 3 dəfə fərqlənə biliblər.

.
.
.
0.47198486328125