Kamran Quliyev:  “Sumqayıt” çox çətin vəziyyətdədir"

13:01 27-12-2013
Kamran Quliyev:  “Sumqayıt” çox çətin vəziyyətdədir"
SM: “Sumqayıt” futbol klubunnu prezidenti Kamran Quliyev  müsahibəsində komandanın planları və cari mövsümdəki məqsədlər haqda danışıb.
 
- Əksər TPL klubları toplanışları Türkiyədə keçəcək. Siz planlarınızı müəyyən etmisiniz?
- Heç yerə getməyə hazırlaşmırıq. Bazada hazırlıq keçəcəyik. Yoxlama oyunları ilə bağlı bizə bir neçə klub müraciət edib. Səviyyəcə bizə yaxın komandalarla oynayacağıq. Yanvarın 6-da toplanırıq.
 
- Mövsümün ilk yarısında uğursuzluqları nəzərə alsaq, komandanın baş məşqçisi Aqil Məmmədovun komandanı tərk etmək ehtimalı var?
- Bu sual klubun Müşahidə şurası ilə razılaşdırılacaq. Gündəlikdə istənilən məsələ baxışda ola bilər. Ancaq biz məşqçiyə nəticələri yaxşılaşdırmaq üçün vaxt verilməsinə meylli olacağıq.
 
- Demək, baş məşqçi dəyişikliyi istisna deyil?
- Məsələ ondadır ki, bu sualı yalnız mən həll etmirəm. Sponsorlar, Müşahidə şurası var. Onların rəyi nəzərə alınmalıdır.
 
- Bəs heyət gəlincə? Siz komandanı gücləndirmək niyyətindəsiniz?
- Gənc oyunçulardan əlavə, biz bəli istedadlı futbolçular, həmçinin təcrübəli, döyüşkən oyunçularla güclənmək istəyirik. Ən azı səkkiz futbolçu ilə danışıqlar aparırıq. Çünki komandanı səkkiz-doqquz nəfər tərk edəcək. Hələlik, dəqiq məlumat verə bilmərəm. Ola bilər ki, “Neftçi”dən icarəyə götürülmüş bir neçə futbolçu qalsın. Hələlik, bu sula açıq qalır.
 
- “Sumqayıtda əməkhaqqının o qədər də yüksək olmamasını nəzərə alsaq, yeni oyunçular nə qədər təcrübəli olacaq?
- Bəli, gizlətmirəm ki, maddi imkanlarımız böyük iddiaları olan oyunçuları cəlb etməyə imkan vermir. Hazırda bu, mümkün deyil. Ancaq əsas məqsədi pul deyil, futbol olan oyunçular var. Onlarla razılığa gələcəyimizə ümid edirəm. Yaxın həftədə hər şey aydın olacaq. Toplanışa qədər bütün transfer suallarına cavab tapmaq istəyirik. Çoxsaylı dəyişiklikləri nəzərə alsaq, biz yeni komanda yığmalı və komandaya bacardıqca tez keyfiyyətli hazırlığa şərait yaratmalıyıq.
 
- Bir müddət əvvəl Vurğun Hüseynov, Aleksandr Çertoqanov və Samir Abbasovun komandanı tərk etməsi ilə bağlı məlumat yayıldı. Bu, nə dərəcədə doğrudur?
- Vurğun komandada qalacaq. Onu cərrahi əməliyyat gözləyir. Sonra o, komandaya qayıdacaq. O, aparıcı oyunçulardan biridir. Onunla vidalaşmaq istəmirik. Çertoqanova gəlincə, onun məsələsi sual altındadır. Saşa karyerasını Ukraynada davam etdirə bilər. Yox, əgər başqa variant tapa bilməsə, biz onu komandada saxlamağa şad olarıq. Samir də komandada qalır. Onun təcrübəsi “Sumqayıt” üçün vacibdir.
 
- Komanda mövsümün ikinci yarısında hansı məqsədləri güdəcək?
- “Sumqayıt” çox çətin vəziyyətdədir. Ən azı “Rəvan”ı qabaqlamaq tapşırığımız var. Maksimum isə, bacardıqca çox xal toplamaq. Biz realistik və yaranmış vəziyyətə aşkar baxırıq. Biz çempionatda legioner oynamayan yeganə komandayıq. Perspektivə işləyirik. Deyə bilmərəm ki, hamısı, ancaq əksər oyunçular 2018-2020-ci illər Azərbaycan yığmasının özəyini təşkil edəcək. Ola bilər ki, AÇ-2020-nin bir çox oyunlarını keçirməyə imkanımız olsun. Biz gənc istedadları yetişdirmək yolunda başqa klublardan geri qalmamalı, hətta onları ötməliyik. Baxın, nə qədər gənc oyunçumuz transfer bazarındadır. Ruslan Tağızadəyə baxın. O, “Qəbələ”dədir. Karyerasını məhz bizim klubda başlayıb. Demək, seleksiyamız düzgün işləyir. Hamının sadalamayam, ancaq bizdə başlayan oyunçular karyerasında fayda görüb. azerisport.az

.
.
.
0.42848801612854