AZAL futbolçusunu göndərdi

16:12 04-01-2014
AZAL futbolçusunu göndərdi
SM: Qış fasiləsi zamanı AZAL daha bir oyunçu ilə yollarını ayırıb. Bundan öncə Fredi Borq və Yuri Fomenko ilə əməkdaşlığa son qoyan təyyarəçilər yerli oyunçu Natiq Kərimi ilə də vidalaşıb.
 Əsas heyətdə oynamağa çətinlik çəkən gənc oyunçu daha çox oynayacağı bir kluba keçməkdə maraqlıdır.
Natiq AZAL-dan transfer vərəqini götürdükdən sonra bir başqa komanda ilə anlaşacaq.
Qeyd edək ki, Kərimi bundan öncə “Rəvan”, “Turan” və “Ağsu” klublarında çalışıb.

.
.
.
0.50014805793762