Arda Bundesliqada oynaya bilər

17:10 04-01-2014
Arda Bundesliqada oynaya bilər

SM: Almaniyanın "Bayer" (Leverkuzen) klubu Madrid "Atletiko"sunun futbolçusu Arda Turanı transfer etmək istəyir.

Bu barədə xəbəri Almaniya mətbuatı yazıb.

Hazırda Bundesliqada ikinci pillədə olan Leverkuzen təmsilçisi yarımmüdafiəyə yeni futbolçu gətirərək heyətini gücləndirmək niyyətindədir. Bu futbolçu isə Madrid klubunun türk oyunçusu Arda Turandır. 

"Bayer" klubunun təcrübəli futbolçu ilə tezliklə danışıqlara başlayacağı gözlənilir.


.
.
.
0.2943069934845