Qurban Qurbanov: "Qarşıdakı oyunlara köklənmək lazımdır”

14:10 06-02-2014
Qurban Qurbanov: "Qarşıdakı oyunlara köklənmək lazımdır”
SM: “Qarabağ” bu gün Qəbələyə yola düşəcək.  Sportmedia.az xəbər verir ki, eyniadlı komanda ilə qarşılaşacaq “Qarabağ” liderə qarşı uğurlu nəticəyə ümid edir.
Komandanın baş məşqçisi Qurban Qurbanov klub saytına saytına açıqlamasında “Qəbələ”yə qarşı keçiriləcək oyunu dəyərləndirib: “Qəbələ” cari mövsüm olduqca xoş təsir bağışlayır. Hazırki mövqedə qərarlaşmaları heç də təsadüfi deyil. Qışda etdikləri transferlərlə də gücləniblər. Çempionatın ilk yarısında qazandığımız qələbələr hazırda bizə bir şey vermir. Təbii ki, hazırda rəqibimiz ilk iki oyunu unutmayıb. Daha yaxşı və fərqli hazırlaşacaqlar. Eyni ilə, “Xəzər Lənkəran”la oyunu da, artıq unutmuşuq. Daha doğrusu, məğlubiyyətlə yaşamaq düzgün deyil. Qarşıda daha 17 oyun var. Bizi olduqca ağır matç gözləyir. Eyni zamanda azarkeşlərin maraqlı futbol izləyəcəyini də söyləmək olar. “Xəzər Lənkəran”la oyunda qol epizodlarının boşa verilməsi futbolçularda üzgünlük yarada bilər, amma ruh düşkünlüyünə səbəb ola bilməz. Qeyd etdiyimiz kimi, qarşıda hələ uzun bir marafon var.  Qarşıdakı oyunlara köklənmək lazımdır”.

.
.
.
0.48996305465698