İzmaylov Rusiya millisinə qayıtmağı arzulayır

14:38 06-02-2014
İzmaylov Rusiya millisinə qayıtmağı arzulayır

SM: "Qəbələ" klubunun rusiyalı futbolçusu Marat İzmaylov ölkəsinin yığmasının dünya çempionatındakı şanslarını dəyərləndirib.

İTAR-TASS agentliyinə danışan İzmaylov Rusiya millisinin mundialda istənilən qrupdan çıxa biləcəyini iddia edib:

"Dünya çempionatı haqda optimist düşünürəm. Qarşıdakı mundialdan müsbət gözləntilərim var. Millimizdə yaxşı nəsə alınmalıdır. Qrupumuza gəlincə məni daha çox yığmamızın gücü maraqlandırır. Düşünürəm ki, Rusiya millisi dünya çempionatında istənilən qrupdan çıxa bilər".

Yenidən Rusiya millisinə qayıda biləcəyi ilə bağlı verilən sualı İzmaylov belə cavablandırıb: "Mən hər şeyə real yanaşıram. Bunun üçün mənim mütəmadi oyun praktikam olmalıdır. Məhz bunun sayəsində mən "Portu"ya qayıda bilərəm. Əgər orada yaxşı çıxış etsəm, o zaman yenidən Rusiya millisində oynamaq şansım yaranar".


.
.
.
0.31050896644592