Rüfət Dadaşovdan növbəti qol

12:58 27-04-2014
Rüfət Dadaşovdan növbəti qol
SM: Almaniyanın Regional Liqasında növbəti turun oyunları keçirilib. Rüfət Dadaşovun çıxış etdiyi "Kayzerslautern"in U-23 komandası "Sonnenhof"ı qəbul edib.

Oyun meydan sahiblərinin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. Rüfət 79-cu dəqiqədə Mario Müllerin yerinə meydana çıxıb və 4 dəqiqə sonra komandasının 4-cü qoluna imza atıb. Bu onun ardıcıl 2-ci, mövsüm ərzində 5-ci qolu olub.

.
.
.
0.30430889129639