Mondraqon tarixədüşdü

15:07 25-06-2014
Mondraqon tarixədüşdü
SM: Dünya çempionatında yeni rekord qeydə alınıb.  "Mundialın ən yaşlı oyunçusu" rekordu qırılıb.

Ötən axşam Kolumbiyanın Yaponiyanı 4:1 hesabı ilə yendiyi matçın 85-ci dəqiqəsində kolumbiyanı qapıçı Fərid Mondraqon meydana çıxıb. Bununla da o, 43 yaş 3 günlüyündə dünya çempionatında oynayaraq, mundialın ən yaşlı futbolçusu olub. Bundan əvvəlki rekord Rocer Millaya aid idi. Kamerunlu forvard DÇ-1994-da Rusiyaya qarşı oynayanda 42 yaş 1 ay 8 günlük olmuşdu. 


Dünya çempionatının 5 ən yaşlı futbolçusu 

1. Fərid Mondraqon (Kolumbiya) - DÇ-2014 (43 yaş 3 gün)
2. Rocer Milla (Kamerun) - DÇ-1994 (42 yaş 1 ay 8 gün)
3. Pat Jenninqs (İngiltərə) - DÇ-1986 (41 yaş)
4. Peter Şkilton (İngiltərə) - DÇ-1990 (40 yaş 9 ay 19 gün)
5. Dino Zoff (İtaliya) - DÇ-1982 (40 yaş 4 ay 13 gün)

.
.
.
0.69584798812866