Zakkeroni Azərbaycana təşəkkür etdi

19:17 23-05-2012
Zakkeroni Azərbaycana təşəkkür etdi
SM: “Bu oyuna son dərəcə ciddi önəm verirdik. Çünki Asiya ilə müqayisədə, Avropada daha sürətli futbol oynayırlar”. Sportmedia.az xəbər verir ki, bu sözləri millimizlə oyundan sonra Yaponiya yığmasının baş məşqçisi Alberto Zakkeroni deyib.
İtalyan mütəxəssis millimizə uğur arzulayıb: “Rəqibin heyətində ucaboy futbolçuların çoxluğu işimizi bir qədər çətinə salsa da, komanda tapşırıqlarımı yerinə yetirə bildi. Ümid edirəm ki, bu qələbə sayəsində əhval-ruhiyyəmiz artacaq və bu, növbəti oyunlara müsbət təsir göstərəcək. Dəvətimizi qəbul etdiyinə görə Azərbaycan millisinə minnətdarlığımı bildirir və qarşıdakı oyunlarda uğurlar arzulayıram”.

.
.
.
0.67327785491943