"Hesab 1:1 olsaydı, bunu yaxşı nəticə saymaq olardı"

13:47 10-09-2014
"Hesab 1:1 olsaydı, bunu yaxşı nəticə saymaq olardı"
SM: Milli komandamızın üzvü Vaqif Cavadov "Avro-2016"nın seçmə mərhələsi çərçivəsində Bolqarıstana 1:2 hesabı ilə uduzduqları oyun haqda danışıb.

O, qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandırıb.

- Komandamız niyə uduzdu?

- Sona qədər mübarizə apardıq. Əlimizdən gələni etdik ki, qələbə qazanaq. Ancaq yenə son dəqiqədə qol buraxdıq. Məncə, yaxşı oyun nümayiş etdirdik. Bilmirəm, nədənsə, nəticə qazana bilmədik. Hesab 1:1 olsaydı, bunu yaxşı nəticə saymaq olardı. Stadionun ot örtüyü də yaxşı deyildi. Bu da oyunumuza təsir etdi. Ancaq məğlubiyyətə bunu bəhanə gətirmirik. 

- Öz oyununu bəyəndin?

- Bilirsiniz ki, öz oyunumu heç vaxt analiz etmirəm.  

- Hesab 1:1 olduqdan sonra nəticəni qorumağa çalışırdınız?

- Komandamız qələbə qazanmaq üçün hər şey edirdi. Meydança bərbad vəziyyətdə olduğundan ikiqat güc sərf etməli olurduq. Ancaq məğlubiyyətdə günahkar özümüzük. Hər iki qolda kobud səhvə yol verdik. Konkret kimisə günahlandırmaq olmaz. Yəqin ki, sabah hər kəs öz oyununu analiz edəcək. Ümumiyyətlə, biz yaxşı oynadıq. 

- Məğlubiyyətdə kimi günahlandırmaq olar?

- Biz komanda şəkildə mübarizə aparırıq. Qələbə də futbolçuların adına yazılır, məğlubiyyət də. 90-cı dəqiqəyə yaxın qol buraxmağımız çox pis oldu. Çünki hesabı bərabərləşdirmək üçün vaxtımız qalmadı. Həmişə 90-cı dəqiqədə qol buraxırıq. 

- Türkiyə klubuna transfer olunduqdan sonra oyununda fərq hiss edirsən?

- Xeyr.

- Baş məşqçi Berti Foqts 70 dəqiqədən sonra futolçularının yorulduğunu dedi. Fiziki cəhətdən oyuna hazır deyildiniz?

- Bunu baş məşqçi deyib. Mən sizə futbolçu kimi cavab verirəm. Foqtsun fikirlərinə müdaxilə etmək istəmirəm.  

.
.
.
0.61737203598022