DÇ-2014-ün rəsmi devizi müəyyənləşdi

17:45 31-05-2012
DÇ-2014-ün rəsmi devizi müəyyənləşdi

SM: Futbol üzrə Braziliyada keçiriləcək 2014-cü il dünya çempionatının rəsmi devizi - “Hamı bir ritmdə” şüarı müəyyənləşib. Sportmedia.az xəbər verir ki, çempionatın devizi Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) və DÇ-2014-ün Braziliyada təşkilat komitəsi tərəfindən elan olunub.

FİFA-nın baş katibi Jerom Valkenin sözlərinə görə, “Hamı bir ritmdə” devizi bütün dünyanın azarkeşlərini təkrarolunmaz Braziliya ritmində rəngarəng dinamik bayram ətrafında birləşdirəcək.

Braziliya çempionatı üçün deviz il yarım ərzində seçilib. J.Valke bildirib ki, burada başlıca vəzifə bütün dillərə asan tərcümə edilən və müxtəlif mədəniyyətlərin nümayəndələri üçün anlaşıqlı ifadə tapmaq idi.

Nəticədə 26 "finalçı" arasında Braziliyanın "Aktuel" reklam agentliyi qalib gəlib.


.
.
.
0.53454804420471