"Dnepr" Qarabağ"ın futbolçusu ilə maraqlanır

01:12 06-03-2015
"Dnepr" Qarabağ"ın futbolçusu ilə maraqlanır

SM: Ukraynanın "Dnepr" klubu Azərbaycan yığmasının və "Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynovla maraqlanır.
 
Sportmedia.az xəbər verir ki, Miron Markeviçin rəhbərlik etdiyi məşqçilər korpusu futbolçumuzla hələ Avropa Liqasının qrup mərhələsi zamanı maraqlanırmış. Ukraynalı mütəxəssis Bədavini hətta bir müddət öncə yığmamızın Donetsk "Şaxtyor"u ilə yoxlama oyunu zamanı da izləyib. "Anji"nin gənclərdən ibarət komandasının sabiq kapitanı bu oyunda da özünü yaxşı tərəfdən göstərməyi bacarıb. Amma futbolçunun Ukrayna klubuna keçib-keçməyəcəyi hələlik, dəqiq bilinmir. Bu barədə məlumatı Ukrayna mətbuatı yayıb.

.
.
.
0.51984000205994