Boksçularımızdan möhtəşəm qələbə -5:0 (CANLI)

20:36 14-03-2015
Boksçularımızdan möhtəşəm qələbə -5:0 (CANLI)

SM: Quba Olimpiya Kompleksində Azərbaycanın "Baku Fires" və Venesuelanın "Caciques Venezuela” komandaları arasında WSB Liqası çərçivəsində baş tutmuş döyüşlərin cavab qarşılaşmaları keçirilir. Sportmedia.az xəbər verir ki, 
öncə 49 kq çəki dərəcəsində Cavid Dadaşovla Martinez Kordova üz-üzə gəlib. Döyüşün ilk dəqiqələrindən qonaq komandanın boksçusunun üzü zərbələrdən qanamağa başlayıb, hakim artıq III raundda döyüşü saxlayıb və "Baku Fires"in heyətində debüt edən Dadaşovun texniki nokautla qələbəsini qeydə alıb - 1:0.
II döyüş Məhəmməd Qurbanovla (56 kq) Villaviçenzio Rodriges arasında baş tutub. Bu döyüş də komandamızın qələbəsi ilə başa çatıb 2-0.
Növbəti döyüşdə rinqə 64 kq çəki dərəcəsi də olan boksçular çıxıb -  Heybətulla Hacəliyev - Arkon Dias. Açıq-aydın üstünlüyə malik olan boksçumuz sona qədər mübarizə apararaq qalib gəlib -3:0. 
IVdöyüş də yekunlaşıb.  Jaba Xositaşvili ilə Barrera Korbaj arasında keçirilən döyüşdə də boksçumuz qalib gəlib - 4:0.
Sonuncu və ən maraqlı döyüş 91 kq. çəki dərəcəsində mübarizə aparan Əbdülqədir Abdullayevlə Villi Kyakone arasında olub. İlk dəqiqələrdəntəşəbbüsü ələ alan boksçumuz rəqibinə nakautla qalib gəlib -5:0.

"Baku Fires" - "Caciques Venezuela” - 5:0

.
.
.
0.4122200012207