Taekvondoçularımız 4 medal qazandılar!

18:25 05-07-2015
Taekvondoçularımız 4 medal qazandılar!
SM: Yeniyetmə taekvondoçular arasında keçirilən Avropa birinciliyi başa çatıb. Sportmedia.az xəbər verir ki, yarışda ölkəmizi 18 idmançı təmsil edib. 3 gün davam edən yarışda 37 kq çəki dərəcəsində  Bəhruz Quluzadə bütün rəqiblərinə inamlı qalib gələrək bayrağımızı qaldırıb, himnimizi səsləndirib. Sevda Pirseyidova (-37 kq) isə yalnız final döyüşündə türkiyəli Melek Polata məğlub olaraq gümüş medala layiq görülüb. Komandanın digər üzvləri Ziya Xəlilov (-41 kq) və Yunis Məmmədzadə (-53 kq) isə yarışı bürünc medalla başa vürublar.

.
.
.
0.49186110496521