"Qarabağ" yaxşı rəqibdir!

11:41 23-07-2015
"Qarabağ" yaxşı rəqibdir!
SM: Bu sözləri "Seltik"in baş məşqçisi Ronni Deyla "Styarnan"la qarşılaşmadan sonra deyib. Sportmedia.az xəbər verir ki, Deyla "Qarabağ"la hər iki oyunun çətin keçəcəyini bildirib: "Qarabağ" yaxşı rəqibdir. Onların "Rudar"la bir matçını izlədim. Azərbaycan çempionu "Rudar"dan güclü idi. Çempionlar Liqasında mərhələ keçmək istəyirsənsə, qarşına çıxan bütün rəqibləri məğlub etməlisən. Bu mənada "Qarabağ"la hər iki oyun həm maraqlı, həm də çətin keçəcək" deyə bildirib.

.
.
.
0.50192499160767