AVRO-2012: Almaniya və Portuqaliya 1/4 finalda

01:53 18-06-2012
	AVRO-2012: Almaniya və Portuqaliya 1/4 finalda

SM: Ukrayna və Polşanın birgə təşkilatçılığı ilə keçirilən Avro-2012 turnirində üçüncü turun oyunları keçirilib. Sportmedia.az xəbər verir ki, qitə turnirinin onuncu günündə daha iki qarşılaşma baş tutub.

Günün hər iki matçı B qrupuna təsadüf edib. Almaniya millisi üçüncü matçında da, qələbə qazanmaqla qrup lideri kimi növbəti mərhələyə yüksəlib. Danimarka Bundestimlə görüşdə lazımı nəticəni qazana bilməyincə turnirlə vidalaşıb.
 
Digər görüşdə isə Portuqaliya və Hollandiya yığmaları üz-üzə gəlib. Avro-2012-nin favoritlərindən olan Hollandiya millisi tarixinin ən böyük fiaskosu ilə turnirlə vidalaşıb. Belə ki, "narıncılar" qitə birinciliyini xal toplamadan bitirdi.


17 iyun

Avro-2012 nin qrup oyunları

23:45. Danimarka - Almaniya 1:2 

Qollar: Kron Dehli 24, Podolski 19, Bender 80

23:45. Portuqaliya - Hollandiya 2:1 

Qollar:  Ronaldo 28, 73, Van der Vart 11


.
.
.
0.34531807899475