"Azərbaycanla oyunda daha məhsuldar oyun sərgiləməliyik"!

15:07 06-09-2015
"Azərbaycanla oyunda daha məhsuldar oyun sərgiləməliyik"!
SM: Malta yığmasının baş məşqçisi Pyetro Qedin AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb: "Uşaqların İtaliyaya qarşı keçirdiyi oyundan razıyam. Amma Azərbaycanla oyunda daha məhsuldar oyun sərgiləməliyik. Azərbaycan yığmasının adi rəqib olduğunu düşünənlər yanılırlar".
O, daha sonra millimizlə bağlı bunları dilə gətirib: "Azərbaycan yığması bir neçə gün öncə Xorvatiyadan xal alıb. Bu, bizə asan olmayacağını başa düşmək üçün yetərlidir".
Qedin Bakıdakı oyunu da xatırlayıb: "Bakıda bizim qol vəziyyətlərimiz var idi. Amma səhvlərə yol verdik, həmin şanslardan yararlana bilmədik. Həmin səhvlər olmasaydı, qol buraxmaya da bilərdik. Amma indi keçmiş haqda düşünmək istəmirəm. İndi qarşıdakı oyunda uğur qazanmaq haqda düşünmək daha vacibdir. Oyunçularımız doğma vətəni təmsil etdiklərini anlamalıdırlar".
İtaliya ilə səfər oyunundan sonrakı yorğunluğa da toxunan baş məşqçi bunları qeyd edib: "Avropada bu, artıq heç bir əhəmiyyət daşımır. Azərbaycan da meydana Xorvatiya ilə ağır səfər oyunundan sonra çıxacaq. Futbolçularımız hazırdırlar. Amma həmişə olduğu kimi, hər şeyə 90 dəqiqə ərzində aydınlıq gələcək. Komandama güvənirəm".

.
.
.
0.53721714019775