İtaliya millisində növbəti dəyişiklik!

10:21 08-10-2015
İtaliya millisində növbəti dəyişiklik!
SM: "Avro-2016"nın seçmə mərhələsində oktyabrın 10-da Bakıda millimizlə qarşılaşacaq İtaliya yığmasının heyətində daha bir dəyişiklik edilib. Bu dəfə "Napoli"nin yarımmüdafiəçisi Lorenso İnsinye yığmadan kənarlaşdırılıb. Buna futbolçunun dizindəki zədə səbəb olub. Ağrıları artan futbolçu seçmə mərhələnin son iki matçında İtaliya millisinə kömək edə bilməyəcək. Onu "Milan"ın yarımmüdafiəçisi Cakom Bonaventura əvəzləyəcək. Xatırladaq ki, daha öncə "Milan"ın müdafiəçisi Luka Antonelli zədə səbəbindən yığmadan kənarlaşdırılıb. Qeyd edək ki, oktyabrın 10-da Bakıda millimizin qonağı olacaq İtaliya yığması 3 gün sonra evdə Norveçi qəbul edəcək.

.
.
.
0.49507308006287