Rafiq Hüseynov ermənini sürüdü və qızıl medal qazandı!

16:40 09-10-2015
	Rafiq Hüseynov ermənini sürüdü və qızıl medal qazandı!
SM: Koreyanın Mungyeong  şəhərində Hərbçilərin 6-cı Dünya İdman Oyunları keçirilir. 
Yarışda ölkəmizi Mərkəzi Ordu İdman Klubunun sərbəst və yunan-Roma güləşi üzrə komandası təmsil edir. Bu gün başlayan yunan-Roma güləşi yarışlarının ilk günündə 59, 71, 80 və 98 kq çəkidə güləşçilər mübarizə aparıb. 
 80 kq çəki dərəcəsində yarışlarda iştirak edən yığma komandanın üzvü Rafiq Hüseynov finala qədər inamlı güləşib. İlk görüşdə Estoniyadan HardoTuts (8:2), ardınca Litvadan Julius Mateuzeviçus (4:0) güləşçimizin qarşısında xalçanı məğlub tərk edib. Yarımfinalda Ermənistan idmançısı Sargis Koçaryanla görüş də Rafiq Hüseynovun (4:1) qələbəsi ilə nəticələnib və güləşçimiz finala yüksəlib. Finalda onun rəqibi Rusiya təmsilçisi Yevgeni Saleev olub. İlk hissədəcə rəqibini təmiz qələbə ilə məğlub edən Rafiq Hüseynov Hərbçilərin 6-cı İdman Oyunlarının qızıl medalına sahib olub. 

80 kq
1/8 final - Rafiq Hüseynov - Hardo Tuts (EST) 8:2
1/4 final - Julius Mateuzeviçus (LTU) - Rafiq Hüseynov 0:4
1/2 final - Rafiq Hüseynov - Sargis Koçaryan (ARM) 4:1
FİNAL - Yevgeni Saleev (RUS) - Rafiq Hüseynov 0:5 (təmiz qələbə)

Yunan-Roma güləşi yarışlarının ikinci günündə Cavid İbrahimli (75 kq) və Soltan İsmayılov (85 kq) xalça üzərinə çıxacaq.

Xatırladaq ki, sərbəst güləş yarışlarında Coşqun Əzimov (70 kq) gümüş və Ağahüseyn Mustafayev (65 kq) bürünc medal qazanıb.

.
.
.
0.63378000259399