Belçika yığması FİFA reytinqində ilk pilləyə yüksələ bilər!

17:16 12-10-2015
Belçika yığması FİFA reytinqində ilk pilləyə yüksələ bilər!
SM: Bunun üçün Belçika millisi "Avro-2016"nın seçmə mərhələsinin son turunda evdə İsrailə qalib gəlməlidir.
Mark Vilmotsun komandası hazırda FİFA reytinqində üçüncü pillədə qərarlaşıb. Lakin ilk iki pillənin sahiblərindən Almaniya və Argentina yığmaları bu ayda keçirdikləri rəsmi görüşlərdə uduzublar. Almaniya İrlandiyaya, Argentina isə Ekvadora məğlub olub. Bu səbəbdən Belçika İsrailə qalib gələrsə, xalını 1440-a yüksəldəcək və tarixində ilk dəfə FİFA reytinqinə başçılıq edəcək.
Qeyd edək ki, indiyə qədər Almaniya, Braziliya, İtaliya, Fransa, Argentina, İspaniya və Hollandiya yığmaları FİFA reytinqinin ilk pilləsində qərarlaşmağı bacarıb.

.
.
.
0.46511912345886