Fransa millisi Azərbaycana gəlir

17:16 26-06-2012
Fransa millisi Azərbaycana gəlir

SM: Ölkəmizdə keçiriləcək FİFA U-17 qadınlararası Dünya çempionatı Azərbaycan 2012-də çıxış edəcək daha bir komanda müəyyənləşib. Sportmedia.az saytı xəbər verir ki, Fransa yığması ölkəmizdə keçiriləcək yarışa qatılmaq hüququ qazanıb.

Yarımfinalında İsveçrə ilə qarşılaşan Fransa 5:1 hesablı qələbə qazanıb. Bu isə Bu isə, yarışa vəsiqə üçün yetərli olub. Digər yarımfinal matçında Danimarka ilə Almaniya üz-üzə gələcək. Qalib komanda Dünya çempionatına birbaşa vəsiqə qazanacaş.

Bununla da Dünya çempionatında iştirak edəcək 16 ölkədən 15-nin adına aydınlıq gəlib. Ölkəmiz ev sahibi kimi birbaşa yarışda iştirak etmək hüququ əldə edib. Dünya çempionatında Asiyadan Şimali Koreya, Yaponiya, Çin, Afrikadan Qambiya, Nigeriya, Qana, Cənubi Amerikadan Braziliya, Kolumbiya, Uruqvay, CONCACAF zonasından ABŞ, Kanada, Meksika və həmçinin Yeni Zelandiya milliləri Bakıya gələcək. Avropadan isə yarışda Fransa və Azərbaycanla yanaşı, Danimarka – Almaniya cütünün qalibi iştirak edəcək.


.
.
.
0.41116714477539