Dünya çempionatının bütün iştirakçıları bəllidir

15:06 27-06-2012
	Dünya çempionatının bütün iştirakçıları bəllidir

SM: FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-ə vəsiqə qazanan son ölkələr müəyyənləşib. Sportmedia.az xəbər verir ki, iyunun 26-da İsveçrənin Nyon şəhərində keçirilmiş Danimarka – Almaniya və İsveçrə - Fransa oyunlarının nəticəsinə əsasən Almaniya və Fransa yığmaları FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-də iştirak hüququ qazanıblar.
Xatırladaq ki, startına 86 gün qalan çempionatda Azərbaycan yığması ev sahibi statusu ilə çıxış edəcək.
FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin bütün iştirakçılarının siyahısını diqqətinizə çatdırırıq: Azərbaycan, Yaponiya, Çin, Şimali Koreya, Braziliya, Kolumbiya, Uruqvay, Qana, Qambiya, Nigeriya, Yeni Zelandiya, ABŞ, Kanada, Meksika, Almaniya, Fransa.

.
.
.
0.30637097358704