Avropa MK-2015: sərbəst və yunan-Roma güləşi üzrə yarışlar keçirilir!

12:58 07-11-2015
Avropa MK-2015: sərbəst və yunan-Roma güləşi üzrə yarışlar keçirilir!
SM: Rusiyanın paytaxtı Moskvada güləş üzrə Avropa Millətlər Kuboku turniri davam edir. Turnirdə hər üç güləş növü üzrə yığma komandalarımız mübarizə aparır. 

Yarışların ikinci günündə sərbəst və yunan-Roma güləşi üzrə qrup görüşləri keçirilir. Sərbəst güləşçilərimiz Belarus və Polşa ilə, yunan-Roma güləşçilərimiz isə Türkiyə Belarusla B qrupunda mübarizə aparır. 

Sərbəst güləş yığmamız məşqçilər David Kurtsiya və Arif Abdullayevin rəhbərliyi altında çıxış edir. Yığmanın heyətində Mahir Əmiraslanov, Ruslan Qasımov (hər ikisi 57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Məhəmməd Müslümov (65 kq), Hacımurad Ömərov (70 kq), Murad Süleymanov (74 kq), Hacımurad Məhəmmədsəidov (86 kq), Aslanbek Alborov (97 kq) və Ali Maqomedabirov (125 kq) yer alıb. 

Böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Akif Əliyevin rəhbərliyi altında mübarizə aparan yunan-Roma güləşi yığmasının heyətində Murad Məmmədov (59 kq), Kamran Məmmədov (66 kq), Azad Əliyev (71 kq), Rüstəm Əliyev (75 kq), Emin Əhmədov (80 kq), İslam Abbasov (85 kq), Şəhriyar Məmmədov (98 kq), Sabah Şəriəti və Oyan Nəzəriani (hər ikisi 130 kq) mübarizə aparır. 

Yarışlar Lujniki Olimpiya Kompleksində, "Drujba" Universal İdman Zalında keçiriləcək. 

.
.
.
0.49291586875916