Azərbaycan – Rusiya: Hakimlər bəlli oldu!

18:47 14-11-2015
Azərbaycan – Rusiya: Hakimlər bəlli oldu!
SM: "Avro-2017"nin seçmə mərhələsində noyabrın 17-də keçiriləcək Azərbaycan - Rusiya matçının hakimləri müəyyənləşib. Bakıda baş tutacaq oyun israilli hakimlər briqadasına tapşırılıb. Görüşün baş hakimi Eytan Şmuelevitz olacaq. Ona həmyerliləri Nissan Davidi və Roy Hassan köməklik edəcək. Ziv Adler isə dördüncü referi funksiyasını yerinə yetirəcək. Qeyd edək ki, "Bayıl Arena"da keçiriləcək Azərbaycan - Rusiya oyunu saat 17:00-da başlayacaq.

.
.
.
0.66920399665833