"Qalatasaray" Həmzə Həmzəoğlunu istefaya göndərdi!

12:22 19-11-2015
"Qalatasaray" Həmzə Həmzəoğlunu istefaya göndərdi!
SM: Türkiyənin “Qalatasaray” futbol klubu baş məşqçisi Həmzə Həmzəoğlu istefaya göndərilib. Bu barədə məlumat klubun rəsmi saytında yerləşdirilib. Qeyd olunur ki, “Qalatasaray” futbol klubunun baş məşqçisi Həmzə Həmzəoğlunun müqaviləsinə əldə olunan qarşılıqlı razılaşma çərçivəsində xitam verilib. “Məşqçimizə bu günə qədər klubumuza verdiyi xidmətlər üçün təşəkkür edir, ona bundan sonrakı karyerasında uğurlar diləyirik”, - məlumatda bildirilir. Xatırladaq ki, Həmzə Həmzəoğlu "Qalatasaray"a 2014-cü il dekabrın 1-də baş məşqçi təyin olunub. 

.
.
.
0.38428807258606