Zidan: "Neymar gözəl şoumendir"

13:58 07-02-2016
Zidan: "Neymar gözəl şoumendir"
SM: Madrid "Real"ının baş məşqçisi Zinəddin Zidan "Barselona"nın forvardı Neymarın oyun  zamanı çoxlu fint etmə həvəsindən danışıb."Neymar haqqında çox şey deyə bilmərəm. O , yaxşı oynayır. Bəzi futbolçular onu xoşlayır , bəziləri isə yox. Bu da normal haldır. Bir sıra komandaların onun fintlərindən xoşlanmaması təbiidir. Lakin o , gözəl şoumendir. Belələrini azarkeşlər çox xoşlayır.
Vaxtilə mənim də fintlərim rəqib komandalar tərəfindən birmənalı qarşılanmırdı", — deyə Zidan qeyd edib.

.
.
.
0.52723002433777