“Şanslar bərabərdir”

18:02 12-02-2016
“Şanslar bərabərdir”
SM: Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Tino Perez DÇ-2016-nın play-off mərhələsinin püşkünün nəticəsi ilə bağlı affa.az saytına açıqlama verib:“Hollandiya yığmasının heyətində Mərakeş əsilli futzalçılar çoxluq təşkil edir. Komandanın oyun dəst-xətti haqda geniş məlumata sahib deyilik, amma birinci oyuna qədər lazımi informasiyanı əldə edəcəyik. Yalnız son oyunlardakı nəticələri haqda məlumatlıyıq. Şanslara gəldikdə, 50-nin 50-yə - bərabər dəyərləndirirəm. Birinci oyundan sonra yekun fikir bildirmək olar. İlk oyunu səfərdə keçirəcəyik ki, bunu da komandamız üçün əlavə üstünlük hesab edə bilərik”.

.
.
.
0.58946418762207