"Qalatasaray"-"Trabzonspor" matçında hakimə qırmızı vərəqə göstərildi!

14:51 22-02-2016
"Qalatasaray"-"Trabzonspor" matçında hakimə qırmızı vərəqə göstərildi!
SM: Spor Toto Süper Lig-inin 22-ci turunda Türk Telekom Arenada oynanan "Galatasaray" "Trabzonspor qarşılaşmasının son dəqiqələrində gərgin anlar yaşanıb.
Umut Bulut "Trabzonspor"un cərimə meydançasında Cavanda ilə mübarizədə yerə yıxılıb və hakim qırmızı vərəqə ilə birlikdə penalti təyin edib.
Hakimin bu qərarlarına sinirlənən Trabzonsporlu futbolçular matçın referisinə qarşı təsir göstərməyə başlayıblar.
Salih Dursun qərara etirazını bildirmək məqsədilə hakimin əlindəki qırmızı vərəqəni alaraq onun özünə göstərib. Bundan sonra hakim vərəqəni alıb Salihi birbaşa meydandan qovub.
Qeyd edək ki, oyun 2:1 hesabı ilə "Qalatasaray"ın qələbəsi ilə yekunlaşıb və "Trabzonspor"dan 4 futbolçu qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.

.
.
.
0.52517914772034