UEFA Bakı "İnter"ini avrokuboklardan uzaqlaşdırdı!

19:08 31-03-2016
UEFA Bakı "İnter"ini avrokuboklardan uzaqlaşdırdı!
SM: UEFA Bakının "İnter" klubunu cəzalandırıb. 30 mart 2016-cı il tarixdə UEFA CFCB-nin İstintaq Palatasının qəbul etdiyi 10 dekabr 2015-ci il tarixli AC-05-2015 nömrəli qərarını qüvvədə saxlayaraq, “İnter”i növbəti üç avrokubok mövsümündən (2016/2017, 2017/2018, 2018/2019) birində iştirak hüququndan məhrum edib.

"İnter” bu qərara əsasən apellyasiya üçün 10 gün ərzində İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edə bilər. “İnter” bu hüquqdan istifadə etmək niyyətindədir.

.
.
.
0.49039006233215