Azərbaycan yığması FİFA reytinqində irəlilədi

16:55 15-02-2012
	Azərbaycan yığması FİFA reytinqində irəlilədi

SM: FİFA dünyanın futbol yığmalarının növbəti reytinq siyahısını açıqlayıb.Sportmedia.az xəbər verir ki, Azərbaycan yığması fevral ayı üçün açıqlanan siyahıda 2 pilləlik irəliləyişə nail olub.
 
Berti Foqtsun komandası hazırda 109-cu pillədə qərarlaşıb. Komandamızın hesabına 6 reytinq xalı da əlavə olunub. Komandamızın indi 306 reytinq xalı var.
 
DÇ-2014-ün seçmə mərhələsində yığmamızın rəqiblərindən olan komandalar arasında yalnız Lüksemburqu qabaqlayırıq (133-cü yer; 240 xal). Hansı ki, bu komanda altı pillə geriləmək məcburiyyətində qalıb. Bizdən öndə olanlar isə bunlardı – Portuqaliya (6; 1155), Rusiya (13; 989), İsrail (35; 708) və Şimali İrlandiya (86; 412). Ötən ayla müqayiəsə portəgizlər və şimali irlandiyalılar 1 pillə irəliləyiblər. Rusiya yerində saydığı halda, İsrail iki pillə irəliləyib.
 
İlk onluğa gəlincə, İspaniya 1566 xalla zirvədəki yerini qoruyub. Almaniya bir pillə irəliləyərək 1369 xalla ikinci yerdə qərarlaşıb. Əvəzində Hollandiya 1 pillə geriləyib və hazırda 1359 xalla üçüncüdü. Uruqvay (1317) və İngiltərə (1179) yerində sayıb. Portuqaliya bir pillə irəliləyib – 1155 xalla altıncı yer. Braziliya 1 pillə geriləyərək, hazırda 1152 xalla yeddinci sırada qərarlaşıb. İItaliya ötən ayla müqayisədə bir pillə irəliləyib – 1115 xalla səkkizinci sıra. Xorvatiya geriləyib – 1101. İlk onluğu bura yenicə daxil olan Danimarka qapayır – 1090 xal.
 
Növbəti reytinq siyahısı martın 7-də açıqlanacaq.


.
.
.
0.38561391830444