"Azərbaycan millisi güclü rəqibdir"

17:12 07-04-2016
"Azərbaycan millisi güclü rəqibdir"
SM: "Almeredə Azərbaycan millisinə böyük hesabla uduzmaqla özümüzü çətin vəziyyətə saldıq. Cavab görüşündə işimiz çətin olacaq. Bununla belə, heyəti dəyişmək niyyətim yoxdur".Bu sözləri Hollandiyanın futzal millisinin baş məşqçisi Marsel Lusveld ölkəsinin mətbuatına açıqlamasında deyib.
Dünya çempionatının pley-off mərhələsinin cavab görüşü çərçivəsində Bakıda Azərbaycan millisi ilə qarşılaşacaqları oyun haqda danışan Lusveld yığmamızın güclü rəqib olduğunu bildirib:
"Bilirəm ki, futzalçularım cavab görüşündə daha yaxşı oynaya bilər. Biz seçmə mərhələdə və yoldaşlıq görüşündə Portuqaliya ilə qarşılaşmışıq. Əlbəttə, Azərbaycan millisi güclü rəqibdir. Təəssüf ki, belə önəmli matçda Azərbaycana uduzduq. Lakin Bakıdakı oyuna tam hazır olmağa çalışacağıq".
Qeyd edək ki, Hollandiyada rəqibinə 5:1 hesabı ilə qalib gələn millimiz aprelin 12-də "narıncılar"la Bakıda üz-üzə gələcək. 

.
.
.
0.3780198097229