"Qrupdan çıxa bilsək, bu bizim üçün uğur olacaq"

23:33 12-04-2016
"Qrupdan çıxa bilsək, bu bizim üçün uğur olacaq"
SM: Bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Tino Perez deyib:  “Bizi çətin oyunun gözlədiyini bilirdik. Komandam istəkli idi və əlindən gələn etdi. Oyunda qol vurmaqla yanaşı, müdafiə olunmağı da bacarmaq lazımdır. Hücum xəttindən razı qaldım. Gənc komanda ilə beynəlxalq səviyyədə uğur qazanmaq çətindir. Hollandiyada futzal üzrə peşəkar səviyyədə ölkə çempionatı keçirilmir. Bu gün millinin formasını geyinənlər, demək olar, həvəskar oyunçulardır. Onlar həftədə 1-2 dəfə məşq edirlər. Amma sizin komandanın üzvləri hər gün hazırlıq keçirlər. Dünya çempionatına gəldikdə, orada qitələrin ən güclü yığmaları çıxış edəcək. Amma Azərbaycan millisinin qrupdan çıxmaq şansının olduğunu vurğulamaq istərdim. Yığmanızla fəxr edə bilərsiniz”.

.
.
.
0.56238317489624