Olimpiadaya vəsiqə verən I Dünya təsnifat turnirində ilk gün!

16:45 22-04-2016
Olimpiadaya vəsiqə verən I Dünya təsnifat turnirində ilk gün!
SM: Monqolustanın paytaxtı Ulan-Bator şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən I Dünya təsnifat turniri start götürüb. Qadın güləşi yarışlarında turnirin finalına yüksələn hər bir güləşçi Olimpiadaya vəsiqəni təmin edir. Sərbəst və yunan-Roma güləşi yarışlarında isə finalçılarla yanaşı, bir üçüncü yerin sahibi də Olimpiya vəsiqəsi qazanır.  Turnirin ilk günündə yunan-Roma güləşçiləri mübarizə aparıb. 
98 kq 
1/16 final - Yerulan İskakov (KAZ) - Orxan Nuriyev 2:4
1/8 final - Orxan Nuriyev - Radoslav Pavel Qrzibiçki (POL) 1:3

Məlumat üçün bildirək ki, güləş yığmalarımız bu günədək Rio-de Janeyro Olimpiya Oyunlarına 12 vəsiqə qazanıb. Bunlardan 5-i sərbəst, 4-ü yunan-Roma, 3-ü isə qadın güləşçilərin payına düşür.

.
.
.
0.42727398872375