"Tottenham" çempion olsa...!

14:30 23-04-2016
"Tottenham" çempion olsa...!
SM: Tottenham Hotspur komandasının baş məşqçisi  Mauricio Pochettino, İngiltərə premyer liqasında çempion olacağı halında böyük var-dövlətə sahib çıxacaq.
 
Premyer liqada  Leicester City ilə çempionluq mübarizəsi aparan klubun rəhbərliyi komandanın motivasiyasını yüksək səviyyəyə qaldırmaq istəyir.  Daily Mail qəzetinin məlumatına görə xüsusilə də baş məşqçi Mauricio Pochettinonu stimullaşdırmaq istəyən  Tottenham rəhbərliyi , argentinalı mütəxəssisə çempionluq halında 500 min sterlinq bonus mükafat vəd edib. Çempionlar liqasına birbaşa qatılmağa görə  300 min sterlinq mükafatı da nəzərə alsaq bu məbləğin ümüumilikdə 800 min sterlinq olduğunu görürük.
 
Xatırladaq ki, 34 turdan sonra  Leicester City 73  xalla birinci olduğu halda , Tottenham Hotspur onun 5 xal gerisində yer alır.

.
.
.
0.63209199905396