\"Atletiko\" güclü klub olduğunu bir daha sübut etdi\"

15:40 28-04-2016
\"Atletiko\" güclü klub olduğunu bir daha sübut etdi\"
SM: Dünən Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində keçirilən matçda Almaniyanın "Bayern Münhen" kollektivi İspaniyada yerli "Atletiko"ya 0:1 hesabı ilə məğlub olub. Oyunsonrası ənənəvi mətbuat konfransında jurnalistlər önünə ilk olaraq qonaq komandanın baş məşqçisi Xosep Qvardiola çıxıb. Rəqibin güclü müdafiə olunduğunu deyən mütəxəsis cavab görüşündə nəyə qadir olduqlarını göstərəcəklərini diqqətə çatdırıb: "Biz nəinki uduzmaya, hətta qalib də gələ bilərdik və bunun üçün kifayət qədər şansımız oldu. Lakin onlardan yararlana bilmədik. İndi bütün diqqəti həftə sonu oynayacağımız Bundesliqa görüşünə yönəltməliyik. Çünki o matçı qazanacağımız təqdirdə ölkə çempionu olacağıq. "Atletiko" ilə cavab görüşü barədə yalnız ondan sonra fikirləşəcəyik. Bu oyunla bağlı isə deməliyəm ki, "Atletiko" güclü klub olduğunu bir daha sübut etdi. Qapıçı Yan Oblakın oyununu xüsusi vurğulayardım".

.
.
.
0.47729015350342