Avropa çempionatı start götürür. Azərbaycan-Portuqaliya (YENİLƏNİR)

11:00 05-05-2016
	Avropa çempionatı start götürür. Azərbaycan-Portuqaliya (YENİLƏNİR)
SM: Bu gün 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında Bakıda keçiriləcək Avropa çempionatının final mərhələsinə start veriləcək. Sportmedia.az xəbər verir ki, yarışın rəsmi açılış mərasimi Bakı Olimpiya Stadionunda olacaq. Bu gün ilk oyunlar A və B qruplarında keçiriləcək. Turnirin açılış matçı B qrupunda Avstriya və Bosniya və Herseqovina yığmaları arasında olacaq. Bakıdakı 8-ci km qəsəbə stadionunda keçiriləcək oyun saat 14:00-da başlayacaq. Qrupun digər görüşündə Ukrayna və Almaniya üz-üzə gələcək. A qrupunda qərarlaşan Azərbaycan millisi də turnirdə ilk matçını bu gün keçirəcək. Təbriz Həsənovun komandası Portuqaliya yığması ilə qarşılaşacaq. Digər oyunda isə Belçika ilə Şotlandiya qarşılaşacaq.

5 may
Avstriya – Bosniya və Herseqovina
Saat 14:00. 8-ci KM stadionu
Baş hakim: Petr Ardeleanu (Çexiya)
Baş hakimin köməkçiləri: Georgi Todorov (Bolqarıstan), Marios Dimitriadis (Kipr)
Dördüncü hakim: Alain Durieux (Lüksemburq)
 
Ukrayna – Almaniya
Saat 17:00. Bakı Olimpiya Stadionu
Baş hakim: Gunnar Jarl Jónsson (İslandiya)
Baş hakimin köməkçiləri: Neeme Neemlaid (Estoniya), Andreu Kristiansen (Farer adaları)
Dördüncü hakim: Əliyar Ağayev (Azərbaycan)
 
Belçika – Şotlandiya
Saat 19:00. 8-ci KM stadionu
Baş hakim: Peter Kraloviç (Slovakiya)
Baş hakimin köməkçiləri: Levan Varamişvili (Gürcüstan), Lazaros Dimitriadis (Yunanıstan)
Dördüncü hakim: Orxan Məmmədov (Azərbaycan)
 
Azərbaycan – Portuqaliya
Saat 20:00. Bakı Olimpiya Stadionu
Baş hakim: Bartosz Frankovski (Polşa)
Baş hakimin köməkçiləri: Balazs Buzas (Macarıstan), Vasili Erminsçin (Moldova)
Dördüncü hakim: Sergeyus Slyva (Litva)

.
.
.
0.50207185745239