"Qarabağ" "Neftçi" ilə oyunun biletlərini satışa çıxardı!

15:03 22-05-2016
"Qarabağ" "Neftçi" ilə oyunun biletlərini satışa çıxardı!
SM: Mayın 25-də Azərbaycan kubokunun finalında "Neftçi" ilə qarşılaşacaq "Qarabağ" bu matçın biletlərini bugündən etibarən satışa çıxarıb. Biletləri Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından ala bilərsiniz.
Qeyd edək ki, "Qarabağ" azarkeşləri üçün 1-13-cü sektorlara olan biletlər nəzərdə tutulub. 1-10-cu sektorlara biletin qiyməti 1 manat, 11-12-ci sektorlara 3 manat, 13-cü sektora isə 5 manatdır.
Xatırladaq ki, "Qarabağ" - "Neftçi" matçı mayın 25-i saat 20:00-da start götürəcək.

.
.
.