\"Qarabağ\" \"qızıl dubl\" etdi

22:08 25-05-2016
	\"Qarabağ\" \"qızıl dubl\" etdi
SM: Bu gün Azərbaycan kubokunun final oyunu keçirilib. Sportmedia.az xəbər verir ki, həlledici görüşdə “Qarabağ” və “Neftçi” komandaları qarşılaşıb.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunda, ardıcıl üçüncü il ölkə çempionu olan Ağdam təmsilçisi “qızıl dubl” etməyə nail olub. Mövsümü 6-cı pillədə başa vuran “Neftçi” bu uğursuzluğu kuboku qazanmaqla unutdurmaq niyyətində  olsa da, gücü yalnız 120 dəqiqə qapısını toxunulmaz saxlamağa çatdı. Matça əlavə olunan yarım saatın tamamında səhnəyə çıxan Migel Ağdam klubuna kuboku da qazandırdı.

Qeyd edək ki, ötən mövsüm də finalda bu iki komanda qarşılaşmışdı. “Qarabağ” 3:1 hesabı ilə qalib gələrək “qızıl dubl” etmişdi.

Azərbaycan kuboku
Final
25 may (çərşənbə)

“Qarabağ” – “Neftçi” - 1:0 
Qol: M.Madera, 120.
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Elman Musayev, Munis Abdullayev.
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ömər Paşayev.
Tofiq Bəhramov adına Respublika stadionu.

"Qarabağ": 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Migel Madera, 9. Reynaldo, 10. Dani Kintana, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 97. Mahir Mədətov.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 18. İlqar Qurbanov, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 67. Əlhərbi Əl Jadeyui, 91. Coşqun Diniyev, 99. Muarem Muarem.
Baş məşqçi: Qurban Qurbanov.
"Neftçi": 1. Aqil Məmmədov, 26. Kamal Qurbanov, 95. Elvin Bədəlov, 3. Jayro, 4. Rahil Məmmədov, 27. Məqsəd İsayev, 15. Erik Ramos, 17. Rəhman Hacıyev, 8. Elşən Abdullayev, 7. Araz Abdullayev (k), 11. Ruslan Qurbanov.
Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 5. Melli, 9. Nikolas Kanales, 10. Cavid İmamverdiyev, 19. Fəhmin Muradbəyli, 20. Anyete, 41. Aqşin Qurbanlı.
Baş məşqçi: Vəli Qasımov.


.
.
.
0.42548894882202