"Traktorsazi" erməni futbolçunu transfer etməkdən niyə vaz keçdi?

15:12 08-06-2016
"Traktorsazi" erməni futbolçunu transfer etməkdən niyə vaz keçdi?

SM: Ermənistanın millisinin üzvü Varazdat Aroyanın "Traktorsazi"yə keçidi baş tutmayıb. Sportmedia.az xəbər verir ki, Təbriz klubu erməni futbolçuya dəvət göndərilməsi ilə bağlı razılaşmadan imtina edib.

Bu barədə özünün “Instagram” səhifəsində məlumat yayan "Traktorsazi"nin icraçı direktoru Mustafa Acorlu erməni futbolçunu kluba dəvət etməkdən vaz keçdiklərini açıqlayıb.

Mustafa Acorlu bildirib ki, erməni futbolçu ilə müqavilə imzalanacağı barədə xəbər yayılandan dərhal sonra, "Traktorsazi" azarkeşləri onun “Instagram” səhifəsində şərh yazaraq öz etirazlarını bildiriblər: “Mən əziz azərbaycanlıların vəhdəti üçün Təbrizə gəlmişəm. Məqsədim isə bütün şərəfli türklərin “Traktorsazi" ətrafında toplaşması və birliyidi. Ermənistanlı futbolçunun "Traktorsazi"yə gəlişi bu vəhdət və birliyə xələl gətirə, onu təhdid edə bilərdi. Məhz buna görə də onu satın almaqdan və klubumuza dəvət etməkdən vaz keçdik”.

Məsələyə Ermənistandan da reaksiya verilib. Ermənistanın “Alaşkert” klubunun qapıçısı Gevorq Kasparov yerli mediaya açıqlamasında bildirib ki, "Traktorsazi" erməni futbolçudan azərbaycanlı və türkiyəli azarkeşlərin təzyiqi nəticəsində imtina edib. O, iddia edib ki, Ermənistan millisinin və “Pünik”in oyunçusundan imtina qərarı siyasidi. Yazıda bildirilir ki, əvvəlcə Təbriz klubu erməni oyunçunu dəvət edəcəyini bəyan etsə də, sonrakı gün müdafiəni gücləndirmək üçün başqa varianta əl atılacağını deyib. 

Təbriz klubundan əlini üzən Aroyan isə İranın “Padide” klubuna keçib. 

Qeyd edək ki, aprel döyüşlərindən sonra "Traktorsazi"nin oyunları zamanı azarkeşlər “Qarabağ bizimdir, bizim olacaq”, “Azərbaycan var olsun, istəməyən kor olsun” şüarları ilə izdihamlı yürüşlər keçiriblər. 


.
.
.
0.65947794914246