AÇ-2016: Fatih Terim mətbuat konfransında tərcüməçiyə hirsləndi və zalı tərk etdi

14:33 17-06-2016
	AÇ-2016: Fatih Terim mətbuat konfransında tərcüməçiyə hirsləndi və zalı tərk etdi

SM: Fatih Terim yenə əsəbləşdi və getdi. İspaniya ilə oyundan öncə jurnalistlərin qarşısına çıxan Türkiyə millisinin baş məşqçisi mətbuat konfransını yarımçıq tərk edib.

Sportmedia.az xəbər verir ki, buna səbəb onun tərcüməçisinin davranışlarına əsəbləşməsi olub. Türkiyəli jurnalist Mehmet Demirkolun sualını tərcüməçi ingilis dilinə tərcümə etmək istəməyib. Bunun səbəbini soruşan Terim "Sual türkcə səsləndirilib, türkiyəli jurnalistləri maraqlandırır" cavabını eşidincə özündən çıxıb. 

Tərcüməçiyə "Burda nə qədər əcnəbi jurnalist var, onlar da bizim dediklərimizi başa düşmək istəyir. Niyə ingiıis dilinə tərcümə etmirsən" deyərək mətbuat konfransının keçirildiyi salonu tərk edib.

.
.
.
0.33541297912598