AÇ-2016: İtaliya İsveçə qalib gəlib 1/8 finala çıxdı (VİDEO)

18:40 17-06-2016
AÇ-2016: İtaliya İsveçə qalib gəlib 1/8 finala çıxdı (VİDEO)

SM: Fransada keçirilən Avropa çempionatı davam edir. Sportmedia.az xəbər verir ki, bu gün E qrupunda bir oyun baş tutub.

Günün ilk oyununda İtaliya İsveçi sınağa çəkib. Matçın taleyini 1 qol həll edib. 88-ci dəqiqədə fərqlənən Eder Martins İtaliyaya qələbə qazandırıb - 1:0. Bununla da İtaliya 1/8 finala çıxıb.

Qeyd edək ki, İtaliya ilk oyunda Belçikaya qalib gəlmişdi - 2:0. İsveç isə İrlandiya ilə 1:1 hesablı heç-heçəyə razılaşmışdı.

E qrupunda II turun ikinci oyunu sabah İrlandiya və Belçika arasında baş tutacaq.

Avropa çempionatı
Qrup mərhələsi
II tur, 17 iyun

E qrupu
İtaliya - İsveç 1:0
Qol: Eder Martins, 88.
İtaliya: 1. Canluici Buffon, 3. Corc Kyellini, 6. Antonio Kandreva, 8. Alessandro Florenzi (14. Stefano Sturaro, 85), 9. Qraziano Pelle (7. Simon Zaza, 60), 15. Andrea Barzagli, 16. Daniele De Rossi (10. Tyaqo Motta, 74), 17. Eder Martins, 18. Marko Parolo, 19. Leonardo Bonuççi, 23. Emanuele Qiaççerini.
Ehtiyat oyunçular: 12. Salvatore Siriqu, 2. Mattia De Skiqlio, 4. Matteo Darmian, 5. Angelo Oqbonna, 11. Siro İmmobile, 13. Federiko Marçetti, 20. Lorenzo İnsigne, 21. Federiko Bernardeşi, 22. Stepan Əl Şaravi.
Baş məşqçi: Antonio Konte.
İsveç: 1. Andreas İsaksson, 3. Erik Yohansson, 4. Andreas Qranqvist, 5. Martin Olsson, 6. Emil Forsberq (21. Cimmi Durmaz, 79), 7. Sebastian Larsson, 8. Albin Ekdal (18. Oskar Leviçki, 79), 9. Kim Kallstrom, 10. Zlatan İbrahimoviç, 14. Viktor Lindelof, 20. Con Quydetti (11. Markus Berq, 85).
Ehtiyat oyunçular: 12. Robin Olsen, 23. Patrik Karlqren, 2. Maykl Lustiq, 13. Pontus Yansson, 17. Lüdviq Auqustinsson, 15. Oskar Hilyemark, 16. Pontus Vernbloom, 19. Emir Kuyoviç, 22. Erkan Zengin.
Baş məşqçi: Erik Hamren.
Sarı vərəqələr: Daniele De Rossi, 69. Canluici Buffon, 90+3 - Martin Olsson, 90.
Hakimlər: Viktor Kaşşai, Qyorgi Rinq, Vensel Tot (Macarıstan), Klemen Turpin (Fransa).
Əlavə köməkçi hakimlər: Tamaş Bonyar, Adam Farkaş (Macarıstan).
Ehtiyat yan xətt hakimi: Nikola Danos (Fransa).
Hakim-inspektor: Devid Elleri (İngiltərə).
UEFA nümayəndəsi: Aleş Zavrl (Sloveniya).
Tuluza. Şəhər stadionu.


.
.
.
0.31151103973389